“Özümdə və partiyamda məyus olmaqdan kor deyiləm”-Baş Nazir

Tarix: 17:49 11.06.2024
Böyük Britaniyanın Baş naziri Rishi Sunak bəzi insanların iyulun 4-də keçiriləcək parlament seçkiləri ərəfəsində həm ondan, həm də hakim Mühafizəkarlardan məyus olduğunu bildiyini bildirib:
"İnsanların partiyamızdan və məndən məyus olması faktını nəzərdən qaçırmıram. İşlər həmişə asan olmayıb və biz hər şeyi düzgün etmədik, lakin biz bu seçkidə böyük ideyaları olan yeganə partiyayıq".
Sunak həmçinin vergi yükünü hər il son büdcədəki proqnozlarla müqayisədə iqtisadi məhsulun təxminən 1 faiz bəndi azaltmağı vəd edib.
Sunak və Xəzinə Başçısı Ceremi Hant Covid-19 pandemiyası və enerji qiymətlərindəki artımın dövlət maliyyəsinə vurduğu zərbəni aradan qaldırmağa çalışdıqca, Böyük Britaniyanın vergi yükü İkinci Dünya Müharibəsindən sonra artacaq. Bu, İkinci Dünya Müharibəsindən dərhal sonra iqtisadiyyata nisbətən ən yüksək səviyyədədir.
14 ildir hakimiyyətdə olan Mühafizəkarlar səsvermədə müxalifətdəki Leyboristlər Partiyasından təxminən 20 xal geri qalırlar.
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova