Kreml Ukraynada müvəqqəti atəşkəs elan edib

Tarix: 13:02 30.04.2025
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə müvəqqəti atəşkəs elan edib.
Kreml atəşkəsin mayın 8-i səhər saatlarından mayın 11-dək davam edəcəyini açıqlayıb. Bu tarixlər İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı keçirilən mərasimlərə təsadüf edir. Bəyanatda deyilir ki, Putin atəşkəsi “humanitar əsaslarla” elan edib. Kreml Kiyev administrasiyasından da oxşar iradə gözlədiyini bildirərək "Ukrayna tərəfinin atəşkəsi pozacağı təqdirdə Rusiya Silahlı Qüvvələrinin müvafiq və təsirli cavab verəcəyini" bildirib.
Rusiya bir daha Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa yönələn qeyd-şərtsiz sülh danışıqlarına və beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazır olduğunu bəyan edir”,-bəyanatda deyilir.
Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova