"Milliler" Meksika matçına hazırdır

Tarix: 12:38 10.06.2025
ABŞ-də düşərgədə olan Milli Futbol Komanda Çapel Hilldəki Kənan Memorial Stadionunda Meksika ilə yoldaşlıq oyunu öncəsi son məşqini başa vurub .
Milli Futbol Komandası Meksika matçının son hazırlıqlarını matçın keçiriləcəyi stadionda mətbuata açıq şəkildə görüb. ABŞ-də davam etdiyi düşərgə işləri çərçivəsində Milli Futbol Komandası 11 İyun Çərşənbə günü Türkiyə vaxtı ilə saat 04:00-da Meksika ilə yoldaşlıq oyunu öncəsi son məşqinə çıxıb.
Aypara-ulduzlu komanda rəsmi məşqini oyunun keçiriləcəyi Çapel Hilldəki Kənan Memorial Stadionunda keçirib. İstiləşmə hərəkətləri ilə başlayan məşq ötürmə hərəkətləri və taktiki təşkilatlanmalarla davam edib. Matçdan əvvəl son taktiki sınaqların keçirildiyi məşqə bütün futbolçular qatılıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı