Davinson Sançesin "Qalatasaray"dan meneceri İstanbula çağırılıb

Tarix: 18:39 10.06.2025
“Qalatasaray” müdafiənin onurğa sütunu olan Davinson Sançesi komandada saxlamaq üçün işlərini davam etdirir. Rəhbərlik kolumbiyalı stoperin müqaviləsini uzatmaq üçün futbolçunun agentini İstanbula çağırıb.
"Qalatasaray" mövsümün sonu ilə bağlı transfer çalışmalarını sürətləndirib. Əsasən daxili transferlərə diqqət yetirən sarı-qırmızılılar Viktor Osimhenin transferi üçün səy göstərir, eyni zamanda mövcud oyunçularla danışıqlarını davam etdirir.
Liqada ən az qol buraxan komandada böyük rol oynayan kolumbiyalı müdafiəçi Davinson Sançez 44 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkib.
Rəhbərlik Sançesi komandada saxlamaq üçün qollarını çırmalayıb və futbolçunun nümayəndəsini İstanbula dəvət edib. "Sabah"ın məlumatına görə, İngiltərədən "Everton"la maraqlanan 28 yaşlı müdafiəçi üçün İstanbulda keçirilən üzbəüz görüşdə tərəflər prinsipial razılığa gəlib.
CNN Türk
Əminə Əliyeva