Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb-Yenilənib

Tarix: 12:59 12.06.2025
Hindistanın Əhmədabad hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat verib.
Təyyarədə 130 nəfərin olduğu bildirilir.
***
Təyyarənin göyərtəsində 242 sərnişinin olduğu bildirilir. Hadisə Əhmədabadda baş verib. Təyyarə Əhmədabaddan İngiltərənin Birmingem şəhərinə uçurmuş.
***
Təyyarənin Böyük Britaniyanın Birminqem şəhərinə uçduğu bildirilir.
"Flightradar24" isə xəbər verir ki, qəzaya uğrayan "Boeing 787-8 Dreamliner" təyyarəsi olub və havaya qalxdıqdan bir neçə saniyə sonra qəza siqnalı verib.
***
İlkin məlumata görə, qəza nəticəsində 30 nəfər ölüb.
Hindistan Mülki Aviasiya Baş İdarəsi bildirib ki, təyyarədə 242 nəfər olub.
“Onlardan 2-si pilot, 10-u isə uçuş bələdçisidir”, - məlumatda qeyd olunub.
NDTV kanalının məlumatına görə, qəza nəticəsində sağ qalanlar var.
***
Hindistanın “TaymsNou” kanalının məlumatına görə, qəzada həlak olanların sayı 110-a yüksəlib.
***
Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
Bu barədə "Air India" məlumat yayıb.
Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.