“İran ətrafında artan gərginlik Tehranı razılaşmaya məcbur etmək üçündür”

Bölmə: Siyasət › ,
Tarix: 19:41 12.06.2025

ABŞ Müdafiə Nazirliyi İranın nüvə silahı əldə etmək üçün aktiv addımlar atdığını bəyan edib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi də bu ay bildirib ki, İranda bəyan edilməmiş nüvə materiallarının istifadə edildiyi və antropogen uran hissəciklərinin aşkarlandığı obyektlər Tehran rejiminin əvvəllər gizli apardığı nüvə proqramının bir hissəsidir.

 

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında hesab edir ki, ABŞ və İsrailin bu məsələni gündəmdə saxlaması, o cümlədən hərbi hücum ehtimallarının qabardılması, İranı danışıqlar masasında razılaşmaya məcbur etmək üçün təzyiq vasitəsidir:

 

"Vaşinqton genişmiqyaslı müharibədə maraqlı deyil, lakin qısamüddətli zərbələr istisna edilmir. Artıq beş raund danışıqlar baş tutsa da, nəticə əldə olunmayıb. Altıncı raundun keçiriləcəyi xəbərləri isə, gərginliyin artmasına baxmayaraq, diplomatik imkanların tam tükənmədiyini göstərir. İranın nüvə fəaliyyətinə dair yayılan məlumatlar da danışıqlarda əlavə təzyiq yaratmaq məqsədi daşıyır".

 

Ayan Əsgərova