Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub

Tarix: 19:46 12.06.2025
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika naziri Məhəmməd əl-Bəşirlə görüşüb.
''İnformator.az'' xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında yazılıb.
Görüş zamanı iki ölkə arasında mümkün əməkdaşlıq yolları ətrafında müzakirələr aparılıb.