Azərbaycan-Türkiyə təlimlərinin vaxtı məlum olub

Bölmə: Siyasət › ,
Tarix: 19:25 12.06.2025

Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin "Mustafa Kamal Atatürk-2025" döyüş atışlı birgə taktiki təlimlərinin keçiriləcəyi tarix məlum olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.


Məlumata görə, hərbi təlim iyunun 20-dən 30-na qədər Naxçıvanda baş tutacaq.

 

Təlimdə Türkiyə Silahlı Qüvvələri və Azərbaycan ordusunun şəxsi heyəti səhra atəşi tapşırıqlarını yerinə yetirəcək.