Almaniya müdafiə naziri Kiyevə planlaşdırılmamış səfər edib

Bölmə: Siyasət › ,
Tarix: 20:46 12.06.2025

 

Nazir səfər zamanı vəziyyətlə tanış olmağı və Ukrayna rəhbərliyi ilə yeni hərbi yardımın göstərilməsini müzakirə etməyi planlaşdırır.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Almaniya kansleri Merzin Ukraynaya yardımı daha intensiv olacaqdır.

 

"Ümumiyyətlə, hər hansı bir dövlət xadiminin Ukraynaya səfəri hər zaman gizli saxlanılır. Bu həmişə dünya mətbuatına gözlənilməz səfər kimi təqdim olunur. Nəzərə alaq ki, bu gün belə Rusiya hərbi qüvvələri tərəfindən Kiyev və onun tərəfində olan dövlətlər atəşə tutulur. Nəticə olaraq da, təhlükəsizlik baxımından belə səfərlər gizli saxlanılır. Bundan əvvəl, Almaniyanın yeni seçilmiş kansleri Merzin qeyri-formal şəkildə Kiyevə səfəri olub. Həmin səfərdə Polşanın rəhbəri, Böyük Britaniyanın Baş Naziri və Fransanın dövlət başçısı da iştirak ediblər. Ancaq Merzin rəsmi səfəri yaxınlarda ABŞ-yə olub. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Merz Ukrayna-Rusiya münasibətlərində Almaniyanın Ukraynanın yanında olması ilə əlaqədar verdiyi bəyanatların arxasında dayanır və hətta NATO İttifaqının Ukraynaya yardımını da intensivləşdirəcəkdir. Yaxın müddətdə Almaniya dövləti tərəfindən Ukraynaya 5 milyard dollar çərçivəsində hərbi- texniki yardım edilməsi ilə əlaqədar qərar verilib. Nəzərə alaq ki, müharibə başlayandan bu günə kimi Almaniya dövləti Ukrayna dövlətinə 43 milyard həcmində yardım paketi etmişdir. Bu günkü gündə 5 milyardın içində böyük həcmdə hərbi texnikanın Ukraynaya verilməsi nəzərdə tutulur. Almaniyanın yeni seçilmiş Xristian Demokrat İttifaqının lideri Merzin əvvəlki bəyanatlarında olduğu kimi Ukraynaya Tauros raketlərinin verilməsi nəzərdə tutulur. 500 km-lik məsafədə hədəfi vurabiləcək Almaniyanın reyn metal şirkəti tərəfindən istehsal olunan raketlərin Ukraynaya verilməsini Rusiya tərəfi, NATO-Rusiya qarşı durması kimi qələmə verir. Ancaq böyük ehtimalla
Almaniya Tauros raketlərini Ukraynaya verəcəkdir. Qeyd edək ki, Almaniya Haqa şəhərində sammit keçirəcək. Bu sammitə Almaniya ev sahibi kimi Ukraynanı dəvət edəcəkdir. Güman edirəm ki, bu görüş zamanı Ukrayna-NATO münasibətlərinin hansı mövqedə çıxış etdiyidə müzakirə olunacaqdır.

 

Bu günkü gündə də Almaniyanın Baltik dənizi sahilində yerləşən Pol şəhərlərinin birində NATO İttifaqına daxil olan dövlətlərin,
hətta ABŞ-nin də özünün iştirak etdiyi 9000 əsgərdən ibarət NATO-nun hərbi təlimləri davam edir.


Əlbəttə ki, Baltik dənizində olan NATO-nun hərbi təlimləri Rusiyanı narahat edir və bununla əlaqədar Rusiya narahatçılığını dəfələrlə dünya mətbuatına bildirib. Ümumi olaraq qeyd edə bilərik ki, Almaniyanın əvvəlki kansleri Scholzdan fərqli olaraq, Merzin Rusiya-Ukrayna müharibəsində Ukraynaya yardımı daha intensiv olacaq".

Səmayə Səftərova