İsraildə partlayış yerində 35 nəfər itkin düşüb

Bölmə: Dünya › ,
Tarix: 10:35 15.06.2025

İranın hücumundan sonra İsrailin mərkəzi hissəsindəki Bat Yam şəhərində baş verən partlayış yerində 35 nəfər itkin düşüb.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Ynet” nəşri “Magen David adom” təcili tibbi yardım xidmətinə istinadla məlumat yayıb.

 

Məlumata görə, Bat Yam və Rehovotda yaralıların sayı 137 nəfərə çatıb, onlardan 6-sı ağır, 19-u isə orta-ağır vəziyyətdədir.

 

“Magen David adom” bu rayonlarda İranın zərbələri nəticəsində iki qadın və bir uşağın həlak olduğunu bildirib.