İrana zərbələrdə iştirak etmirik -Britaniya

Bölmə: Dünya › ,
Tarix: 12:44 15.06.2025

Britaniya İsrailin İrana zərbələrində iştirak etmir və Təl-Əvivə cavab hücumlarını dəf etməkdə kömək etmir.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Britaniyanın maliyyə naziri Reyçel Rivs deyib.

“Gələcəkdə nələrin baş verə biləcəyini şərh etmək fikrində deyiləm, amma hələ ki, bu əməliyyatda iştirak etməmişik”, - Rivs bildirib.