İran xahiş edir ki, İsrail zərbələri dayandırsın... -KİV

Bölmə: Dünya › ,
Tarix: 13:26 15.06.2025

Tehran Oman və Qətər vasitəsilə ABŞ-dən xahiş edib ki, İsrail zərbələri dayandırsın.

"İnformator.az" xəbər verir ki, bu barədə “Yerusəlim Post” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tehran Vaşinqtona İsrailin hərbi əməliyyatı ilə kəsilən danışıqları bərpa etməyə hazır olduğunu bildirib:

 

“Vaşinqton hazırda açıq şəkildə təkid edir ki, Tehran uranın zənginləşdirilməsindən tamamilə imtina etməsi ilə bağlı onun şərtlərini qeyd-şərtsiz qəbul etməlidir”.