İsrail İranı necə qəfil yaxalayıb?

Tarix: 13:38 15.06.2025
İsrail və İran arasında qarşılıqlı hücumlar gecə boyu fasilələrlə davam edib. İsrail gecə yarısı Mehrabad Hava Limanı ətrafını vurub. İran isə Təl-Əviv və ətrafını ballistik raketlərlə hədəfə almağa davam edib və küçələr yanğın yerinə dönüb. Hadisələri A Haber kanalının canlı yayımına qatılan mütəxəssislər dəyərləndirib.
Mütəxəssislər İranın müdafiəsindəki kor nöqtənin kəşfiyyat olduğunu bildiriblər və İranın balansı qorumaq üçün yeganə çıxış yolunun nüvə silahı əldə etdiyini dünyaya elan etmək olduğunu söyləyiblər.
Digər tərəfdən, İsrailin İrana qarşı Səddam üzərindən aparılan “nüvə silahı” ssenarisini tətbiq etdiyi qeyd olunub.
İsrailin dünən İrana qarşı başladığı “Yüksələn Aslan” hücumu və İranın cavab zərbələri gecə boyu fasilələrlə davam edib. İsrailin hücumlarında aralarında İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Bakıri və İnqilab Keşikçiləri Korpusu komandanı Səlami kimi yüksək rütbəli hərbi vəzifəlilərin də olduğu ən azı 78 nəfər həyatını itirib, əksəriyyəti mülki olmaqla 320 nəfər yaralanıb.
A haber
Asiman Vəliyeva