"Latsio" 37 yaşlı ispaniyalı futbolçu ilə yeni müqavilə imzalayıb

Tarix: 17:17 16.06.2025
İtaliyanın "Latsio" klubu 37 yaşlı ispaniyalı futbolçu Pedro Rodriqeslə yeni müqavilə imzaladığını açıqlayıb.
"İnformator.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu ilə anlaşmanın müddəti 2026-cı yayına qədər uzadılıb.
Vinger 2021-ci ildən çıxış etdiyi Roma klubunda 176 oyuna çıxıb və 34 qola imza atıb. Qeyd edək ki, Pedro "Barselona"nın yetirməsidir və bu komandanın heyətində 20 kubok qazanıb.