İsrail Təbriz hava limanına uğursuz hücum edib

Bölmə: Dünya › ,
Tarix: 18:08 16.06.2025

İsrail İrandakı Təbriz hava limanına hücum etməyə cəhd göstərib, lakin hücum hava hücumundan müdafiə (HHM) qüvvələri dəf edib.

 

Bu barədə "İnformator.az"  “NourNews” agentliyinə istinadən xəbər verir.

 

Nəşrin məlumatına görə, İsrail HHQ Təbrizdəki Şəhid Mədani beynəlxalq hava limanına bitişik əraziyə zərbə endirməyə cəhd göstərib: "Hücum HHM qüvvələri tərəfindən uğurla dəf edilib".


Nəşrin məlumatına görə, hazırda şəhərdə vəziyyət sakitdir, hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.