İsrail Tehran səmasında tam nəzarətə sahib olduğunu bildirir

Bölmə: Dünya › ,
Tarix: 18:17 16.06.2025

 


İsrail, İrana qarşı hücumlara başladıqdan dörd gün sonra, İranın paytaxtı Tehran üzərində “tam hava əməliyyat nəzarətinə” malik olduğunu elan edib. İsrail Hərbi Hava Qüvvələri gecə boyunca dalbadal hücumlar həyata keçirdiyini bildirib – İran Xarici İşlər Nazirliyi isə İsraili ölkənin qərbində bir xəstəxananı vurmaqda ittiham edib.


Müdafiə müxbiri Conatan Beale yazır ki, İsrailin hava nəzarəti ilə bağlı iddiası doğru görünür – lakin hava üstünlüyü hər şey demək deyil. İran raketləri gecə yenidən İsrailin Dəmir Qübbə (Iron Dome) hava müdafiə sistemini dəlib keçib. Cümə günündən bəri İsraildə ölənlərin sayı 24-ə çatıb. İsraillilərin çoxu ölkənin hava müdafiə sisteminin keçilməz olduğunu düşünür – lakin indi bu inam dəyişib, deyə Petah Tikva şəhərindən müxbir Hüqo Bachega bildirir. İran Səhiyyə Nazirliyinə görə, Cümə günündən bəri İsrail hücumları nəticəsində azı 224 nəfər ölüb. BBC jurnalistləri İran hökumətinin tətbiq etdiyi məhdudiyyətlərə görə ölkə daxilindən xəbər verə bilmirlər.


BBC
Asiman Vəliyeva