İsrail İranda xəstəxana binasını vurub

Bölmə: Dünya › ,
Tarix: 18:28 16.06.2025

 

İsrailin İranın qərbində yerləşən Kirmanşah şəhərində bir xəstəxananı vurduğu açıqlanıb.

 

İran dövlət televiziyası Kirmanşahda hədəf alınan Farabi Xəstəxanasının hücumdan sonrakı görüntülərini yayımlayıb.

 

Görüntülərdə xəstəxananın dağıldığı və xərək üzərində qan izlərinin olduğu görünüb.

Hücumda insan tələfatı barədə məlumat verilməsə də, yaralıların olduğu bildirilib.

 

İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektləri başda olmaqla, ordunun ali komandanlıq heyətini də hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib.

 

Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bəzi yüksək rütbəli komandirlər, eləcə də 9 nüvə alimləri həlak olub.

 

Ümumilikdə isə 224 mülki şəxsin həyatını itirdiyi açıqlanıb.

 

TRT XƏBƏR

Lalə Qurbanlı