ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Nimitz Yaxın Şərqə gəlir

Tarix: 19:24 16.06.2025
İran-İsrail müharibəsi 4-cü günündə davam edərkən, bölgədə gərginliyi artıracaq bir hadisə baş verib. İsrail mediasının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Nimitz və ona tabe olan döyüş birliyi Yaxın Şərqə doğru yola düşüb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl verdiyi açıqlamada, ABŞ-nin müharibəyə müdaxilə edə biləcəyini bildirib.
ABŞ Prezidenti Tramp "Truth Social" adlı sosial media platformasında paylaşdığı açıqlamada, İran ilə İsrail arasında sülhün təmin olunacağını bildirərkən, ABC kanalına verdiyi müsahibədə isə ABŞ-nin müharibəyə müdaxilə edə biləcəyini deyib.
İsrail mərkəzli "Kanal 12"nin xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Nimitz və ona bağlı döyüş birliyi Yaxın Şərqə doğru hərəkətə keçib.
Mart ayında isə Diego Qarsiyaya ABŞ-yə məxsus bombardmançı təyyarələr yerləşdirib və bu təyyarələrin mümkün İran hücumunda istifadə oluna biləcəyi iddia edib.
Haberler.com
Aygün Babayeva