İsraildən İrana ikinci təhdid: “Tehran boşaldılsın”

Bölmə: Dünya › ,
Tarix: 19:45 16.06.2025

İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yisrael Katzın Tehran sakinlərinə yönəlik təhdidindən sonra “Tehran boşaldılmalıdır” mesajı ilə çıxış edib.


Netanyahu bu barədə Tel Nof Hava Bazasında keçirdiyi səfərdən sonra açıqlama verib.


O, İsrail Hərbi Hava Qüvvələrinin Tehran üzərində hava məkanına nəzarət etdiyini iddia edərək bildirib:

“Biz nüvə təhdidini və İranın hərbi gücünü tamamilə aradan qaldırmaq yolundayıq”.

 

Netanyahu əlavə edib:

“Tehran sakinlərinə səslənirik – şəhəri tərk edin”.


TRT HABER
Solmaz Muradova