Mirzoyan ATƏT sədrinə Ermənistan-Azərbaycan sülh müqaviləsinə yönələn səylər barədə danışıb

Bölmə: Dünya › ,
Tarix: 19:51 16.06.2025

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə telefonla danışıb.

 

Bu barədə "İnformator.az" Ermənistan mətbuatına istinadən xəbər verir.

 

Məlumata görə, onlar Ermənistan-ATƏT əməkdaşlığı məsələlərini müzakirə ediblər. A.Mirzoyan və Elina Valtonen həmçinin regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. A.Mirzoyan Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylər barədə danışıb.