İraqın müdafiə naziri: Biz istənilən vəziyyətə tam hazırıq

Tarix: 20:41 16.06.2025
İraqın müdafiə naziri Sabit Abbasi bildirib ki, İraq qüvvələri hər cür mümkün vəziyyətə tam hazırdır.
Ölkədəki təhlükəsizlik vəziyyətinin sabit olduğunu bildirən Abbasi, İsrailin İraqa qarşı mümkün hücumu ilə bağlı "İraq qüvvələri hər cür ola biləcək vəziyyətə tam hazırdır", - deyib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də İsrailin Yaxın Şərqdə müharibə ərazisini genişləndirməyə çalışdığını bildirib.
İsrailin İranı dəstəkləyən İraq şiə milis qruplarının rəhbərləri və qərargahlarına hücum edəcəyi ilə bağlı narahatlıqlar var.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva