“Müdafiə xarakterli nüvə strategiyasını izləyirik” -Çin

Bölmə: Dünya › ,
Tarix: 21:23 16.06.2025

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Çin həmişə müdafiə xarakterli nüvə strategiyası həyata keçirir və nüvə potensialını yalnız milli təhlükəsizliyi təmin etmək üçün zəruri minimum səviyyədə saxlayır.

 

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bu gün keçirilən mətbuat konfransında İsveçdə fəaliyyət göstərən bir təşkilatın qlobal nüvə güclərinə dair illik hesabat ilə əlaqədar jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

Hesabatı qiymətləndirməyəcəyini söyləyən Quo, Çinin nüvə siyasətindəki əsas prinsipləri vurğulayıb. Quo əlavə edib ki, Çin ilk istifadə etməmə prinsipinə sadiq qalır. Nüvə silahlarına malik olmayan dövlətlərə və ya nüvədən azad zonalara qarşı əsla nüvə silahından istifadə etməyəcək, yaxud bununla hədələməyəcək.

 

Quo Ciakun, bu öhdəliyi açıq şəkildə qəbul edən yeganə nüvə gücünün Çin olduğuna diqqət çəkərək, ölkəsinin legitim təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcəyini və dünya sülhünün, sabitliyinin qorunmasına töhfəsini əsirgəməyəcəyini bildirib.

 

Haber Global

Nuray Əliyeva