İsrail İranın infrastrukturuna hücumlar etməyə başlayıb

Tarix: 22:12 16.06.2025
İsrailin də İrana hücumlarında mülki infrastrukturu hədəf almağa başladığı açıqlanıb.
Şənbə gecəsi Tehranda neft anbarı və tankeri hədəf alan İsrail bazar günü paytaxtın Tecriş və Qüds meydanlarında əsas su şəbəkəsi infrastrukturunu vurub.
Dövlət mediasında əks olunan görüntülər hər iki meydanın su altında qaldığını və qrupların təmir işləri apardığını göstərir.
Xüsusilə Qüds meydanı ətrafında su sızması uzun müddət davam etdi və ərazi su ala bilmədi.
İranın rəsmi xəbər agentliyi İRNA bu gün bildirib ki, İsrailin Tehran-Qum magistral yolunu hədəf alması nəqliyyatın hərəkətində aksamalara səbəb olub və insanlar alternativ yollara yönəliblər.
Dövlət televiziyası da İsrail ordusunun Kirmanşah əyalətindəki Farabi xəstəxanasını hədəf aldığını açıqlayıb. Görüntülərdə xəstəxanaya ziyan dəyib.
İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirərkən, mülki vətəndaşların ümumi sayının 224 olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli