"Heç kimin qarşı çıxa bilməyəcəyi müdafiə qabiliyyətinə çatacağıq“

Tarix: 22:16 16.06.2025
Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, "Biz əvvəldən İranın nüvə proqramı ilə bağlı prosesin danışıqlar masası arxasında aparılmasını müdafiə etmişik və bu gün də eyni nöqtədəyik",- deyib.
Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, "İsrailin Qəzzada soyqırımı, Livan və Suriyadakı ehtiyatsız hərəkətləri hamımızın ürəyini qana gətirir",- deyən prezident, "Həmin İsrail indi qonşumuz İrana qarşı hücuma keçib. Hücumun əslində çox əhatəli və məkrli məqsədləri olduğu hər keçən gün daha aydın olur"- deyib.
Ərdoğan həmçinin, "Türkiyə olaraq bütün həmsöhbətlərimizə aydın şəkildə çatdırdıq ki, biz lazım olan hər şeyi etməyə, o cümlədən asanlaşdırmağa hazırıq. Əgər biz masa arxasında həll oluna biləcək məsələləri silahla, xaosla, qarşımıza çıxan hər şeyi bombalayaraq həll etməyə çalışsaq, gələcəkdə nə olacağını heç kim təxmin edə bilməz".
BBC NEWS
Səmayə Səftərova