Ümid edirəm ki, Rusiya ilə razılığa gələ bilərik-Tramp

Bölmə: Dünya › ,
Tarix: 18:03 24.06.2025

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə razılığa gəlmək istədiyini bildirib.

 

O, Hollandiyada keçiriləcək NATO sammitinə yola düşərkən təyyarədə jurnalistlərlə söhbət zamanı bu barədə danışıb. Trampdan alyans liderlərinin görüşündən sonra hazırlanacaq yekun bəyanatda Rusiya ilə bağlı ifadələrə münasibət bildirməsi xahiş olunub.

 

“Mən hələ sənədlə tanış olmamışam. Amma Rusiya ilə razılığa gəlmək istərdim. Bildiyiniz kimi, Vladimir mənə zəng edib dedi ki, İranla bağlı sizə kömək edə bilərəmmi? Mən isə cavab verdim: Xeyr, mənim İranla bağlı köməyə ehtiyacım yoxdur. Mənim sənə ehtiyacım var. Ümid edirəm ki, biz Rusiya ilə razılığa gələ biləcəyik”, – deyə Tramp vurğulayıb.

 

Mənbə: Caliber

Aytən Ağazadə