Aİ “Hazırlıq 2030” konsepsiyasını hazırlayır

Tarix: 18:05 24.06.2025
Avropa ölkələri 2030-cu ilə qədər istənilən xarici təcavüzün qarşısını almağa hazır olmaq üçün birgə konsepsiya üzərində işləyirlər.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Müdafiə Sənayesi Forumunda çıxışı zamanı məlumat verib.
“Biz bilirik ki, Rusiya qarşıdakı beş il ərzində qarşılıqlı müdafiə öhdəliklərimizi sınaqdan keçirə bilər. 2030-cu ilə qədər Avropa belə təhdidlərin qarşısını almaq üçün lazım olan bütün imkanlara sahib olmalıdır. Biz bu təşəbbüsü ‘Hazırlıq 2030’ konsepsiyası adlandırırıq”, – deyə o bildirib.
Mənbə :Caliber
Aytən Ağazadə