Türkiyənin çox böyük müdafiə sənayesi bazası var-Rutte

Bölmə: Dünya › ,
Tarix: 18:07 24.06.2025

NATO-nun baş katibi Mark Rutte, "Türkiyənin çox böyük müdafiə sənayesi bazası var",-dedi

 

Rutte “İctimai Forum” tədbirində çıxış edərək, Laheydə keçirilən NATO Sammitinin ilk gün proqramları çərçivəsində müttəfiq ölkələrin vətəndaşlarının göndərdiyi sualları cavablandırıb. 

 

Ukraynadakı müharibəyə də toxunan Rutte, ehtiyatlarının getdikcə azaldığını görən bir çox ölkənin müharibə üçün lazım olan silahları istehsal edə bilməsi üçün Ukraynadakı müdafiə sənayesi bazasına sərmayə qoyduğunu bildirib. 

 

Rutte bildirib ki, bu, ukraynalılara kömək edib və uzunmüddətli perspektivdə NATO-nun müdafiə sənayesi bazasını gücləndirib. 

 

NATO daxilində maneələrə yol verməyin” çağırışı 

 

Rutte Türkiyəyə də toxunaraq, "Türkiyənin çox böyük bir müdafiə sənayesi bazası var",-dedi. 

 

Bunun gözardı edilməməsi lazım olduğuna diqqət çəkən Rutte, "Bəzi şirkətlərini ziyarət etdim, həqiqətən təsir edicidir",-dedi. 

 

"Biz Türkiyənin müdafiə sənayesi bazasının Böyük Britaniya, Norveç və Aİ ilə mümkün qədər sıx bağlı olmasını təmin etməliyik. Gəlin NATO-da sədlərin çəkilməsinə imkan verməyək. Bunun heç bir faydası olmayacaq", - Rutte bildirib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli