İsrail, o bombaları İrana atma !-Tramp
.jpg)
Tarix: 18:08 24.06.2025
ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəsi pozduğunu açıqlayıb. Tramp sosial media hesabında "İsrail, o bombaları (İrana) atma. Əgər atsan, bu, böyük pozuntu olar. Pilotlarınızı dərhal gətirin",-deyib.
Laheydəki NATO sammitinə getmək üçün Ağ Evdən ayrıldıqdan qısa müddət sonra Tramp sosial media hesabında paylaşım edib.
Tramp İsraili İrana bir daha bomba atmaması ilə bağlı xəbərdarlıq edərək, "İsrail, o bombaları (İrana) atma. Əgər atsan, bu, böyük pozuntu olar. Pilotlarınızı dərhal gətirin",-dedi.
Tramp: İran və İsrail atəşkəsi pozub
Hollandiyanın Lahey şəhərində NATO-nun sammitinə getməzdən əvvəl Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp hücumların davam etməsindən məyus olduğunu bildirib.
Həm İranın, həm də İsrailin atəşkəsi pozduğunu bildirən Tramp “İsraildən məmnun deyiləm”,-deyib.
Tramp həmçinin deyib: “İsrail və İran o qədər şiddətli döyüşürlər ki, onların nə etdikləri bəlli deyil”.
“İsrail İrana hücum etməyəcək".
Donald Tramp bütün bu açıqlamalardan sonra İran və İsrail arasında əldə olunan atəşkəslə bağlı Truth sosial sosial media hesabından növbəti açıqlama verib.
İsrailin İrana hücum etməyəcəyini bildirən Tramp, "İsrail İrana hücum etməyəcək. Bütün təyyarələr geri qayıdacaq və İrana dostcasına "təyyarə salamı" verəcək. Heç kim zərər görməyəcək. Atəşkəs qüvvədədir. Bu mövzuda maraqlandığınız üçün təşəkkür edirik",- mesajını paylaşıb.
Tramp paylaşdığı başqa bir yazıda da “İran heç vaxt nüvə obyektlərini yenidən qura bilməyəcək”,- şərhini verib.
Tramp gecə saatlarında İsraillə İran arasında atəşkəs əldə ediləcəyini, İsrail isə atəşkəsi qəbul etdiyini açıqlayıb.
Bunun üzərinə atəşkəsin saat 07:00-da başlayacağı açıqlanıb.
İsrail atəşkəsdən sonra İrandan raketlər atıldığını iddia edib və İsrailin müdafiə naziri İrana hücum əmri verdiyini açıqlayıb.
İran Baş Qərargahı raketlərin İrandan atıldığı iddiasını təkzib edib.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli