ABŞ bazasına hücum Qətərə qarşı bir hərəkət kimi qəbul edilməməlidir-İran

Bölmə: Dünya › ,
Tarix: 18:11 24.06.2025

İranın xarici işlər naziri Abbas Erakçi Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Sani ilə ABŞ və İsrailin İrana hücumundan sonra bölgədəki son hadisələri müzakirə edib.

 

İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Erakçi Qətərli həmkarı Al Sani ilə telefon danışığı aparıb.

 

Görüş zamanı Erakçi iki ölkə arasında münasibətlərin “dost və güclü” olduğunu bildirib və İranın “yaxşı qonşuluq və qarşılıqlı maraqlar əsasında bu hərtərəfli əlaqələri qoruyub saxlamaq və gücləndirmək” əzmində olduğunu bildirib.

 

Erakçi İranın El-Udeyddəki ABŞ bazasına qarşı hərəkətinin “ABŞ-nin 22 iyunda İranın ərazi bütövlüyü və milli suverenliyinə hərbi hücumuna cavab olaraq özünümüdafiə hüququ çərçivəsində” həyata keçirildiyini bildirib və bu addımın “dost və qardaş Qətər hökumətinə qarşı bir hərəkət” kimi qiymətləndirilməməsi lazım olduğunu vurğulayıb.

 

ABŞ və İsrailin İrana qarşı hücumlarına toxunan Erakçi ölkəsinin “region ölkələri ilə məsləhətləşəcəyini və İran və digər region ölkələri arasındakı dostluq əlaqələrinin bu pisliklərdən təsirlənməsinə imkan verməyəcəyini”,- bildirib.

 

Qətər hökumətinin yüksək rütbəli rəsmilərinin İsrail və ABŞ-nin hücumlarını pisləməklə bağlı mövqeyini yüksək qiymətləndirən Erakçi, Qətərin bölgədə gərginliyin artmasının qarşısının alınmasındakı rolunu və konstruktiv səylərini də yüksək qiymətləndirib.

 

Qətərin baş naziri və xarici işlər naziri Al Sani də ölkəsinin regional təhlükəsizlik və sabitliyin qorunmasında konstruktiv rol oynamaq əzmini vurğuladı.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli