“Tofiqə gəldikdə isə, şans belə gətirib ki, məğlub olub”

Tarix: 19:08 24.06.2025
"İdmanda hər şeylə rastlaşa bilərik. Biz Tofiqə güvənirdik, inanırdıq. Ancaq bu dəfə alınmadı. Onun artıq çəkisi var idi və bu istər-istəməz təsir edir. Bundan əlavə, sadəcə çəki deyil, hər kəsdə ümumi yorğunluq, şəxsi həyatda çətinlik və sairə olur. İdman göründüyündən fərqlidir, hər an məğlub ola, nakauta düşə bilərsən. Tofiq hər zaman qələbələri ilə sevindirib, buna görə də onun məğlubiyyətinə baxıb mənfi düşünmək olmaz".
Bu sözləri MMA və Qrapplinq Federasiyanın prezidenti Azər Əsgərov "İnformator.az"a açıqlamasında deyib.
Müsahib qeyd edib ki, UFC-də 3 idmançımız iştirak edib:
"İdmançılarımızın UFC-də iştirakı belə böyük reytinqə səbəb olub. Rafael sonuncu döyüşləri uduzduğu üçün reytinqə ehtiyacı var idi. O, məğlubiyyətindən əlavə ayağından aldığı zədə ilə travma yaşadı, buna rəğmən döyüşə davam edib. Tofiqə gəldikdə isə, şans belə gətirdi ki, məğlub oldu. Ancaq hər şeydə bir xeyr vardır.
Oyun sadəcə reyqtinq gətirmir, onların təcrübəsi sayılır. Yarışlar arenada və müəyyən təşkilatların başçılığı ilə keçirilir. Nəticədə isə təmsilçilər üçün çox böyük təcrübə, praktika qazandırır. Əsas isə yarışlardan məğlubiyyət və ya qalibiyyətdən asılı olmayaraq yarışın idmançı üçün buraxdığı nəticədir. O, karyerasını davam etdirə də bilər, uduzduğu yerdə bu yoldan çəkilə də bilər.
Tofiqin 4kq 800qram artıq çəkisi var idi. Rəqib Mıktıbek Orolbainin 10kq artığına rəğmən Tofiq döyüşə hazır olduğunu bildirib. O, mərdliyi ilə əslində bir daha güclünün kim olduğunu sübut etib. Məğlubiyyətinə o da bizim qədər pis oldu, ancaq bu o demək deyil ki, burada bitti. Mən ona gələcək yarışlarında bol uğur, qalibiyyət, güc diləyirəm".
Zəhra Möhübbətova