Prezident Ərdoğan NATO sammitində iştirak etmək üçün Hollandiyaya gedib

Bölmə: Dünya › ,
Tarix: 19:37 24.06.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa şəhərində keçiriləcək “Dövlət və Hökumət Başçıları Zirvəsi”ndə iştirak etmək üçün bu gün Hollandiyaya səfər edib.

 

Prezident Ərdoğan xüsusi “TUR” təyyarəsi ilə Ankaranın Esenboğa Hava Limanından yola düşüb. Onu hava limanında vitse-prezident Cevdet Yılmaz, Prezidentin Baş Katibi Hakkı Susmaz və Ankara Valisi Vasip Şahin yola salıblar.


Səfərdə prezidentə bir sıra yüksək vəzifəli şəxslər – həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edirlər.

 

Tramp: “İsrail və İran atəşkəsi pozub”.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp NATO sammiti öncəsi Ağ Evdə jurnalistlərə açıqlama verib. Tramp həm İranın, həm də İsrailin əldə edilmiş atəşkəsi pozduğunu bildirib və onların bu addımı "qəsdən" atıb-atmadıqlarına əmin olmadığını qeyd edib.

 

O, İsrailin bu səhər hərbi əməliyyat keçirdiyini vurğulayıb və “İsrailin sakitləşməsinə əmin olmalıyam”, – deyə bildirib.

 

Qeyd edək ki, iyunun 15-də Trampla Ərdoğan arasında telefon danışığı baş tutub. Telefon söhbətində Prezident Ərdoğan bölgədəki gərginliyi yaxından izlədiklərini vurğulayaraq, münaqişənin yeganə həll yolunun nüvə danışıqlarının bərpası olduğunu qeyd edib.

 

Mənbə: CNN Türk
Türkan Kərimli