Yaponiya ölkə sərhədləri daxilində ilk raket sınağını həyata keçirib

Bölmə: Dünya › ,
Tarix: 19:42 24.06.2025

Yaponiya, ölkənin şimalında yerləşən Hokkaydo adasındakı atış poliqonunda ilk dəfə ölkə sərhədləri daxilində raket təlimi keçirdiyini elan edib.


Rəsmi şəxslər, bu təlimdə Təhlükəsizlik Qüvvələrindən təxminən 300 əsgərin iştirak etdiyini bildiriblər.

 

Təlim, sahildən təxminən 40 kilometr məsafədə yerləşən, içərisində insan olmayan bir gəmi hədəfinə qarşı Type-88 tipli qısa mənzilli gəmiəleyhinə raketlərlə icra edilib. Təlimin nəticələri hazırda qiymətləndirilir. Yaponiya əvvəllər raket sınaqlarını ABŞ və Avstraliya kimi digər ölkələrin ərazilərində həyata keçirib.

 

Anadolu Agentliyi
Billurə Quliyeva