Atəşkəsin iqtisadi təsirləri müsbət olacaq-Cevdet Yılmaz

Tarix: 20:01 24.06.2025
Prezidentin köməkçisi Cevdet Yılmaz, İsrail ilə İran arasında əldə olunan atəşkəsin, humanitar və ekoloji riskləri azaltmaqla yanaşı, iqtisadi təsirləri baxımından da müsbət olacağını bildirib.
Prezidentin köməkçisi Yılmaz, sosial media hesabında paylaşdığı açıqlamada bunları qeyd edib:
"İsrailin beynəlxalq hüququ saymadan İrana qarşı həyata keçirdiyi hücumlarla birlikdə bölgəmizdə artan geosiyasi gərginlik, bu gün etibarilə əldə olunan atəşkəslə azalmağa başlayıb. Bu inkişaf, humanitar və ətraf mühit risklərini azaltmaqla yanaşı, iqtisadi təsirləri baxımından da müsbət olacaq. Lakin bölgəmizin əsas ehtiyacı, hər kəs üçün ədalətli və davamlı sülhün bərqərar edilməsidir. Bunun yolu isə işğal və dağıntı siyasətləri ilə üz-üzə qalan Fələstin xalqının, başda Qəzza olmaqla, dinc bir mühitə və insan ləyaqətinə uyğun həyat şəraitinə qovuşmasından keçir. Türkiyə, təsirli bir güc və diplomatiya mərkəzi olaraq, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təcrübəli və qətiyyətli rəhbərliyi altında, həm daxili birliyini gücləndirməyə, həm də başda Fələstin məsələsi olmaqla, regional və qlobal səviyyədə sabitliyi və ədaləti müdafiə etməyə davam edib."
TRT Haber
Xəlilli Nigar