"Erzurumspor"a xorvatiyalı qapıçı

Tarix: 20:26 24.06.2025
Trendyol 1. Liqa komandalarından "Erzurumspor FK", qapıçı Matija Orbanici transfer edib.
Klubdan verilən məlumata görə, mavi-ağlı komanda Sloveniya klublarından "NK Bravo"da çıxış edən xorvatiyalı qapıçı Orbaniclə 2 illik müqavilə imzalayıb.
Açıqlamada qeyd olunub ki, Orbanic bir neçə gün əvvəl şəhərə gələrək bazanı ziyarət edib:
"Erzurumspor bazamızda klub prezidentimiz Ahmet Dal ilə son görüşməni keçirən Matija Orbanic, klubumuzla 2 illik rəsmi müqavilə imzaladı. Xorvatiyada anadan olan, 25 yaşında və 1,92 m boyunda olan Matija Orbanic 1 iyulda Erzuruma gələrək komandamızla yeni mövsüm hazırlıqlarına başlayacaq. Cəmiyyətimizə xeyirli olsun, – deyə bildirilib".
Mənbə: TRT Haber
Nigar Həsənzadə