“Türkiyə Ukrayna ilə bağlı İstanbul prosesində yeni addımlar planlaşdırır” -Ərdoğan

Bölmə: Dünya › ,
Tarix: 21:13 24.06.2025

 

Türkiyə iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitində Ukrayna ilə bağlı İstanbul prosesində nəzərdə tutulan addımlar barədə məlumat verəcək.

 

"Türkiyənin Ukraynadakı vəziyyəti həll etmək üçün göstərdiyi səyləri hamı bilir. Biz diplomatiya yolu ilə müharibəni bitirmək üçün göstərilən səylərdən və İstanbul prosesində yeni addımlardan danışacağıq", - Ərdoğan TRT Haber telekanalının efirində deyib.

 

Ərdoğanın sözlərinə görə, həm Rusiya, həm də Ukrayna Türkiyəyə güvənir.

 

"Konkret irəliləyiş əldə etdik və ən mühüm addımlardan biri İstanbuldakı danışıqlardır. İndi biz müharibəni bitirəcək yola başlamaq istəyirik. Bu, əbədi olaraq davam edə bilməz. NATO sammitində biz həmsöhbətlərimizə baxışımızı açıqlayacağıq və sülh təmin olunmayana qədər dayanmayacağımızı deyəcəyik", - Ərdoğan bildirib.

 

TASS

Fatimə Şahverdiyeva