Netanyahu İrana zərbələri azaltmağa razılaşıb

Bölmə: Dünya › ,
Tarix: 21:21 24.06.2025

 

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək, İsrailin atəşkəsi pozduğuna görə İranı vurmamasını istəyib və İsrail lideri hücumu azaltmağa razılaşıb, Axios-un müxbiri Barak Ravid yüksək rütbəli İsrail rəsmisinə istinadən bildirib.

 

"Çərşənbə axşamı Tramp Netanyahuya zəng vurub və ondan İranda ümumiyyətlə hücum etməməsini istəyib. Netanyahu Trampa zərbəni ləğv edə bilməyəcəyini və İranın atəşkəsi pozmasına müəyyən cavab lazım olduğunu bildirib. Sonda zərbənin əhəmiyyətli dərəcədə azaldılması, çoxlu sayda hədəfə hücumun ləğv edilməsi qərara alınıb və o, yalnız bir rəsmi İsrail hədəfinə zərbə vurub".

 

TASS

Fatimə Şahverdiyeva