ABŞ Prezidenti hər iki tərəfə qarşı sərt ifadələr işlədib

Bölmə: Dünya › ,
Tarix: 21:49 24.06.2025

 


İsrail bildirib ki, İranın radarını vurub, lakin Baş nazir Benyamin Netanyahu Tramp ilə danışdıqdan sonra “əlavə hücumlardan çəkinib”. BBC Fars xidmətinə danışan şahidlər İranda partlayış səslərinin eşidildiyini bildiriblər.


İsrail isə atəşkəs qüvvəyə mindikdən sonra Tehranın raket atdığını deyir. İran isə yeni hücumlar etdiyini inkar edir. Atəşkəs rəsmi olaraq qüvvəyə minməzdən əvvəl, gecə saatlarında hər iki tərəf bir-birinə atəş açıb. Tehranın sakinləri İsrailin “ən ağır” hücumlarından birinə şahid olduqlarını bildiriblər. İranın şimalında yerli rəsmilər doqquz nəfərin həlak olduğunu deyiblər. İsrailin təcili yardım xidməti isə Be’er Sheva şəhərində dörd nəfərin öldüyünü açıqlayıb. Hadisə yerində olan xilasedicilər bildirib ki, sakinlərin sığındığı bir bina raketlə vurulub.


BBC
Asiman Vəliyeva