Məşhur müğənni vəfat edib

Tarix: 09:45 25.06.2025
Bad Company və Mott the Hoople qruplarının qurucu üzvü Mick Ralphs, 81 yaşında həyatını itirib.
Ralphs, klassik Britaniya rok qrupları olan Bad Company və Mott the Hoople-ın gitaristi, müğənnisi, mahnı müəllifi və qurucu üzvü olub.
Bad Company-nin rəsmi internet saytında yayımlanan vəfat xəbərində bildirilib ki, Ralphs 2016-cı ildə Londondakı son çıxışından bir neçə gün sonra iflic keçirib və o vaxtdan bəri yatağa bağlı vəziyyətdə yaşayıb. Lakin sənətçinin ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Ralphs, noyabr ayında Bad Company üzvü kimi Rock & Roll Hall of Fame-ə daxil olmağa hazırlaşırdı.
Bad Company-nin solisti Paul Rodgers belə deyib:
“Əziz Mick aramızdan ayrılıb, qəlbim parça-parça olub. Bizə möhtəşəm mahnılar və xatirələr buraxdı. O, mənim dostum idi, mahnı sözləri yazmaqda ortağım idi, əla və çoxşaxəli bir gitarist idi və mükəmməl bir yumor hissinə sahib idi.”
Ralphs, 1970-ci illərdə Mott the Hoople üçün “Ready for Love” mahnısını yazıb.
Bu mahnı sonradan Bad Company-nin 1974-cü ildəki ilk albomu üçün yenidən işlənib və həmin albümdə Ralphs tərəfindən yazılmış “Can’t Get Enough” adlı hit parça da yer alıb.
Rodgers ilə birlikdə yazdığı Bad Company-nin 1975-ci il klassiki olan “Feel Like Makin’ Love” mahnısı isə onillərlə klassik rok radiolarında dövr edən böyük bir əsər olub.
Haber Global
Xəlilli Nigar