Emre Belözoğlu "Antalyaspor"dan ayrılıb

Tarix: 16:27 25.06.2025
Futbol üzrə Türkiyə millisinin sabiq futbolçusu Emre Belözoğlu baş məşqçisi olduğu "Antalyaspor" klubundan ayrıldığını açıqlayıb.
"İnformator.az" bu barədə "NTVspor"a istinadən məlumat yayıb.
E.Belözoğlu media vasitəsilə "Antalyaspor" ailəsinə müraciət də ünvanlayıb.
"Hörmətli Antalya şəhəri və dəyərli "Antalyaspor" azarkeşləri. Gəldiyim gündən şəxsimə göstərilən sevgi və diqqət mənim üçün xüsusi yer tutacaq.
Səlahiyyətim dövründə imkanlarımızı maksimum dərəcədə işə salaraq əlimizdən gələni etməyə çalışdıq. Komanda olaraq ən yaxşı şəkildə mübarizə apardıq və yeni mövsümü planlaşdırmağa başladıq.
Bununla belə, yeni mövsümdə vəzifəmi davam etdirməyimi mümkünsüz edən hadisələr oldu və təəssüf hissi ilə bildirmək istəyirəm ki, real şəraiti nəzərə alaraq komandadan ayrılmaq qərarına gəldim. Ayrılmaq qərarımla bağlı əlavə təfərrüatı bölüşməyi məqsədəuyğun hesab etmirəm", - deyə E.Belözoğlu vurğulayıb.