Z nəslinin iş tələbləri açıqlanıb! -Budur istədikləri maaş..

Tarix: 16:27 25.06.2025
Z nəsli iş həyatında təkcə maaş tələb etmir; onlar həmçinin rahatlıq, azadlıq və iş-həyat balansı tələb edirlər. Yataq otağı, oyun sahəsi və qəlyanaltı masası kimi tələblərlə yanaşı, 80-100 min TL maaş və 4 günlük iş həftəsi tələbi də diqqət çəkir.
Yeni nəsil işçilər ofis mühitlərinin klassik stolüstü iş rejimindən kənara çıxmasını gözləyirlər. Gündüz yuxuları üçün xüsusi dizayn edilmiş yataq otaqları, rahatlaşdırıcı musiqinin səsləndirildiyi istirahət yerləri və stresdən qurtula biləcək oyun guşələri tələblər siyahısında birinci yerdədir.
Z nəsli həftədə 5 gün işləmək fikrində deyil. Onlar həftənin 4 günü işləmək və qalan vaxtını şəxsi inkişafa və ya ictimai fəaliyyətlərə sərf etmək istəyirlər. Bu rahat rutin qarşılığında gözlədikləri maaş 80-100 min TL arasındadır. Bu tələb həm də işəgötürənlərin əmək haqqı siyasətlərinə yenidən baxmasına səbəb ola bilər.
Sputnik-də yer alan xəbərə görə, bəzi işəgötürənlər bu tələbləri real görünməsə də, rəqəmsal, yaradıcı və texnologiyaya əsaslanan sektorlarda fəaliyyət göstərən şirkətlər gənc istedadları cəlb etmək üçün bu gözləntiləri qarşılamağa hazır olduqlarını bildirirlər.
HR mütəxəssisləri deyirlər ki, Z nəslinin iş yerinə sadiqliyi klassik meyarlarla qiymətləndirilməməlidir. Bu nəsil özünü dəyərli hiss etmək istəyir, ideyalarının dəyərləndirilməsini istəyir və çalışdığı işin ictimai məna kəsb etməsini gözləyir.
Haber Global
Əminə Əliyeva