İsrail Yəmən ərazisindən atılması ehtimal olunan PUA-nı vurub

Bölmə: Dünya › ,
Tarix: 17:56 25.06.2025

İsrail Hərbi Hava Qüvvələri Yəmən ərazisindən atılması ehtimal olunan pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.


Qeyd edilib ki, pilotsuz uçuş aparatı İsrail hava məkanına daxil olmayıb və protokola uyğun olaraq hava həyəcanı siqnalları aktivləşdirilməyib.