COP-31-ə Antalyanın namizədliyi irəli sürülüb

Tarix: 18:53 25.06.2025
Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində “Davamlı gələcəyin formalaşdırılması: Türkiyənin iqlimlə bağlı fəaliyyət şəbəkəsi” adlı tədbir keçirilib.
"İnformator.az" xəbər verir ki, Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bütün iştirakçıları COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dəstək olmağa çağırıb.
Sonra Türkiyənin COP31-ə dair video-təqdimatı nümayiş olunub.
Sonda Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi departament rəhbəri Aysin Tutpancı COP31-in Türkiyənin Antalya şəhərində keçirilməsinə dair təqdimatla çıxış edib.