Avropa Parlamenti Komossiyanı məhkəməyə verməyə hazırlaşır

Bölmə: Dünya › ,
Tarix: 19:17 25.06.2025

Avropa Parlamentinin Hüquqi Məsələlər Komitəsi (JURI) Avropa Komissiyasını 150 milyard avroluq SAFE müdafiə kredit proqramını Parlamentin birgə qərarvermə hüququnu pozaraq yaratdığına görə məhkəməyə verməyi tövsiyə edib.

 

Komissiya TFEU-nun 122-ci maddəsinə əsaslandığını bildirir və proqramın Avropanın təhlükəsizliyinə təhdid qarşısında zəruri olduğunu vurğulayır. Parlament isə hüquqi əsasın düzgün olmadığını və bunun demokratik legitimliyi təhlükə altına aldığını qeyd edir. SAFE çərçivəsində üzv ölkələr 2026-dan başlayaraq müdafiə layihələri üçün kredit ala biləcək, layihələrdə Aİ istehsalı və əməkdaşlıq əsas şərtlərdən olacaq.


Euronews

Billurə Quliyeva