Masallıda ağır qəza: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
.jpg)
Tarix: 13:13 28.06.2025
Masallıda avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Masallının Ərkivan qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik avtomobili "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücü və sərnişinləri - Ərkivan qəsəbəsinin sakinləri, 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.