Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Bölmə: Dünya › ,
Tarix: 16:03 28.06.2025

Rusiyanın Moskva vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “İnterfaks”a təcili xidmətlərdən məlumat verilib.

 

"Yak-52" təyyarəsi Moskva vilayətinin Kolomna şəhəri yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, 4 nəfər həlak olub", - məlumatda qeyd olunub.