ABŞ-da güclü sel: İstirahətə gedən 25 qız itkin düşdü
.jpg)
Tarix: 14:56 05.07.2025
ABŞ-nin Texas ştatının Kerr dairəsində baş verən güclü sel nəticəsində azı 24 nəfər həyatını itirib.
"İnformator.az" xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Məlumata görə, indiyədək 237 nəfər xilas edilib və ya təhlükəli ərazilərdən təxliyə olunub. Onlarla insan isə hələ də itkin düşmüş hesab olunur. Onların arasında yay düşərgəsində istirahət edən 25 qız da var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Helikopterlər, dronlar və qayıqlardan istifadə olunmaqla itkin düşənlərin axtarışları aparılır. Rəsmilər bildirirlər ki, bütün itkinlərin taleyinə aydınlıq gələnədək əməliyyatlar fasiləsiz davam edəcək. Ştatın bir neçə dairəsində fövqəladə vəziyyət elan olunub. Sel nəticəsində yolların bir hissəsi dağılıb, rabitə xətləri sıradan çıxıb.