Gürcüstan Prezidenti həbsdə olan müxalifət liderlərinə müraciət edib

Bölmə: Dünya › ,
Tarix: 15:16 05.07.2025

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili hazırda həbsdə olan müxalifət partiyalarının liderlərinə müraciət edib.


"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, ölkə başçısı bununla əlaqədar bəyanat yayıb.

 

Bəyanatda deyilir ki, həbsdə olan siyasətçilər əfv olunmaları və oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcəklərini bəyan etsələr, onların barəsində amnistiya aktı imzalayacaq.

 

Prezidentin bəyanatında deyilir: "Dörd aydan sonra, oktyabrın 4-də Gürcüstanda 64 bələdiyyə üzrə mer və yerli idarəetmə orqanlarının üzvləri seçiləcək. Seçkilərdə Gürcüstan qanunvericiliyinə görə qeydiyyatdan keçmiş və seçkilərdə iştirak istədiklərini bildirən bütün siyasi partiyaların iştirakı önəmlidir. Bütün siyasi partiyaların seçki kampaniyalarını aparmaları üçün imkanlar olmalıdır".

 

Qeyd edək ki, iyunun 23-dən bu günədək Gürcüstanın aparıcı müxalifət partiya və birliklərinin liderləri 7 və 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.