Xamənei ABŞ və İsraili məhkəməyə verməyə çağırıb

Tarix: 16:18 16.07.2025
İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei ölkəsinin məhkəmə rəsmilərini İsrail və ABŞ-ni “İran xalqına qarşı son təcavüzlərinə görə” məhkəməyə verməyə çağırıb.
“İnformator.az" “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, iyulun 16-da məhkəmə sisteminin rəhbəri, baş hakim Qulamhüseyn Möhsüni-Ejei də daxil olmaqla, bir qrup məhkəmə rəsmisini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, İsrail və ABŞ məsuliyyətə cəlb edilməlidir. Seyid Əli Xamənei daha sonra vurğulayıb: “Əsas vacib vəzifə böyük milli iradə və birliyi qorumaqdan ibarətdir”.