Paşinyan: ATƏT-in Minsk qrupundan Qarabağ məsələsinin həlli ilə bağlı təklif almayıb

Bölmə: Dünya › ,
Tarix: 16:19 16.07.2025

Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədə olduğu müddətdə ATƏT-in Minsk qrupundan Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı təklif alması barədə iddiaları təkzib edib.

 

"İnformator.az"ın məlumatına görə, o bu barədə mətbuat konfransında bildirib.

 

N.Paşinyanın sözlərinə görə, bu barədə sənəd ona ünvanlanmayıb. "Mən ATƏT-in Minsk qrupundan heç bir təklif almamışam. Mən bu barədə açıq danışmışam. Mən ATƏT-in Minsk qrupu tərəfindən Serj Sarkisyana edilmiş təkliflərin qalıqlarını aldım. Mən parlamentdə bəyan etdim ki, sizin mənim aldığım təklif hesab etdiyiniz sənəd aşağıdakı məzmunla başlayır - "Ermənistan Respublikasının və Azərbaycan Respublikasının Prezidentləri...". Bu sənəd Ermənistan Respublikasının prezidentinə ünvanlanmışdı, mən isə heç vaxt Ermənistan Respublikasının prezidenti olmadığını," - o qeyd edib.N.Paşinyan vurğulayıb ki, sonradan hökumətin masasına gələn sənəd Serj Sarkisyanın prezidentliyi dövründə aparılan danışıqların nəticəsi olub.