İran neft tankerini müsadirə edib

Bölmə: Dünya › ,
Tarix: 17:09 16.07.2025

İranın Oman dənizində qaçaq yanacaq daşıyan bir tankeri saxladığı bildirilib. Hormozqan vilayətinin baş prokuroru Möctəba Qahremani çərşənbə günü verdiyi açıqlamada, gəminin yük sənədlərində aşkar olunan uyğunsuzluqlar səbəbilə müsadirə edildiyini bildirib. Bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

 

Əməliyyat, İranın cənub dəniz sərhədləri boyunca həyata keçirdiyi davamlı dəniz nəzarəti və yanacaq qaçaqmalçılığı ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.

 

Tankerin kapitanı da daxil olmaqla, ümumilikdə 17 heyət üzvü saxlanılıb və istintaq davam edir. Gəmi ilə bağlı cinayət işi İranın Cask liman şəhərinin məhkəmələrində açılıb və hüquqi proseslər artıq başlanıb.

 

ANEWZ

Güllər Gülhüseynova